Ürəyi xəstələndirən səbəblər: rəisinizə nifrət və daha 5 səbəb

  • By admin
  • 19 Dekabr 2019 13:49

Siqaret, piylənmə və hərəkətsizliyin ürək xəstəliyinə səbəb olması məlumdur.

Lakin buna gətirib çıxaran başqa səbəblər də ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatına görə, ürək-damar xəstəlikləri dünyada ölümlə nəticələnən xəstəliklər arasında birinci yerdədir.

Bu xəstəliyin geniş məlum olan səbəblərilə yanaşı, az məlum olanları da var.

Dişlərimizlə ürəyimiz arasında əlaqə düşündüyümüzdən daha sıxdır.

Keçirilmiş bir neçə araşdırmanın nəticələrinə əsasən, ağzından pis qoxu gələn insanlar arasında ürək-damar xəstələklərinin faizi daha yüksək olur.

Damağın qanaması və ya iltihabı ağızdakı bakteriyalara qana keçmək imkanı verir.

Həmin bakteriyalar damarlarda piy ərplərinin əmələ gəlməsinə və damarların iltihabına gətirib çıxarır.

İltihab son nəticədə ürəktutmaya və ya insulta səbəb olur.

Çıxış yolu? Dişləri sapla vaxtaşırı təmizləmək və diş həkiminə vaxtı-vaxtında baş çəkmək.

2. Rəisinizə nifrət

Qadın işdə stress vəziyyətindəİsveçdə keçirilmiş tədqiqatın nəticələrinə əsasən işlə əlaqədar stres ürək xəstəliklərinin yaranması riskini artırır.

Bu, zarafat deyil – rəisinizə nifrət etmək ürək damarlarınızın sağlamlığını təsirləndirə bilər.

10 il ərzində İsveçdə aparılmış və nəticələri Britaniya Tibbi Jurnalında dərc olunmuş tədqiqata əsasən, işdə rəhbərliklə gərgin münasibətlər ürək xəstəliklərinin yaranması riskini 40 faiz artırmış olur.

“İşlə əlaqədar yaranan stres ürəktutmaya səbəb ola bilər”, – ABŞ, Orlando-da yerləşən Ürək Sağlamlığı İnstitutunun kardioloqu Vijay Kumar deyir.

3. Travmatik hadisə

Bəd xəbər oxuyarkənTravmatik hadisə sözün əsl mənasında ürəyinizi sındıra bilər.

Ailədə kiminsə vəfat etməsi kimi qəfil travmatik hadisə sözün əsil mənasında ürəyinizi qıra bilər.

ABŞ həkimlərinə görə, üç və ya daha çox travmatik hadisələrlə üzləşən qadınların qan damarları belə hadisələrlə üzləşməyən qadınlarla müqayisədə daha pis işləyir.

Kardioloq Jackie Eubany deyir ki, stres insanda adrenalinin qana ifrazını kəskin artırır.

Bu isə ürəkdöyünmələrini və qan təzyiqini qaldırır.

4. Tənhalıq hissi

Tənhalıq ürəyiniz üçün zərərli ola bilərTənhalıq ürəyiniz üçün zərərli ola bilər

Britaniya Tibbi Jurnalında dərc olunmuş digər bir tədqiqatın nəticələrinə əsasən, dost-tanışı daha az olan insanlarda ürək xəstəliyinin yaranması riski 29 faiz, ürəktutma riski isə 32 faiz daha artıq olur.

Oxford Universiteti tərəfindən keçirilmiş və 2014-cü ildə dərc olunmuş tədiqatın nəticələrinə əsasən, tənha qadınlarla müqayisədə partnyorla yaşayan qadınların ürək xəstəliyindən ölmək riski 28 faiz aşağıdır. 700.000 qadının iştirak etdiyi həmin tədqiqat 8 il ərzində aparılıb.

5. Depressiya

Həkimin qəbulunda olan KişiDepressiya sizin sağlamlığınıza təsir edə bilər

Amerika Ürək Assosiasiyasının bildirdiyinə görə, ABŞ-da ürək xəstəliklərinə tutulanların 33 faizi depressiyadan da əziyyət çəkənlərə aid edilə bilərlər.

New York-dakı Qadın Sağlamlığı Mərkəzinin tibbi direktoru Nieca Goldberg qeyd edir ki, depressiyada olan insan üçün sağlam pəhriz tutmaq və ya spirtli içkiləri məhdudlaşdırmaq çətin bir məsələyə çevrilə bilər.

“Depressiyada olan insan, ilk növbədə, özünü rahatlamağın yolunu axtarır. Həmin yolun sağlam olub-olmaması onu az düşündürür”, – həkim izah edir.

6. Menopauza

Qadın çay içirQadınlarda menopauzadan sonra əmələ gələn hormonal dəyişikliklər ürək-damar sisteminə təsir edə bilər

Menopauzadan sonrakı illərdə qadınlarda ürək xəstəliyinə tutulma ehtimalı daha yüksək olur.

Bu, onların orqanizmində estrogen hormonun azalması ilə əlaqəli ola bilər.

Güman olunduğuna görə, estrogen damarların daxili divarlarına müsbət təsir göstərərək onların elastikliyini təmin edir.

Kardioloq Jackie Eubany qeyd edir ki, yaşlanma qan damarlarını sərtləşdirir, bu isə nəticədə, qan təzyiqinin artmasına gətirib çıxarır. Lakin yaxşı pəhriz və mütəmadi idman onun təsirlərini azalda bilər.

BBC