Uruqvay Futbol Assosiasiyası (AUF) milli komandanın baş məşqçisi Oskar Tabareslə yollarını ayırıb.
Gununsesi.org-un “Report”a istinadən məlumatına görə, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, 73 yaşlı mütəxəssis koronavirus pandemiyasına görə istefaya göndərilib. Tabareslə yanaşı, AUF-un 400 əməkdaşı da işdən azad olunub.
Qeyd edək ki, Oskar Tabares 2006-cı ildən Uruqvay millisinə başçılıq edirdi.