ÜST-dən koronavirusla bağlı son rəqəmlər

  • By admin
  • 14 İyun 2020 10:01

Dünyada son sutka ərzində koronavirusa yoluxanların ümumi sayı 142 672 nəfər artaraq 7 553 182-yə yüksəlib.

Gununsesi.org bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 5 055 pasiyent koronavirusun qurbanı olub. Bununla da xəstəlikdən ölənlərin sayı 423 349-ə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib.

 

 

Gununsesi.org