Üz qabığı insan dərisindən olan albom satışa çıxarıldı - FOTOLAR

  • By admin
  • 07 Mart 2020 11:18

Polşada üz qabığı insan dərisindən olan albom satışa çıxarılıb.

Gununsesi.org  bildirir ki, “Metro” nəşrinin məlumatına görə, albom İkinci Dünya Müharibəsi dövründə alman düşərgəsində hazırlanıb.

Belə ki, kolleksiyaçı içərisində müxtəlif açıqca və mənzərə şəkilləri olan fotoalbom alıb. O, albomun üz qabığında tatu və insan saçı aşkar edib.

Eyni zamanda, albomdan kəskin qoxu gəlib.

Kolleksiyaçı albomu “insanlığa qarşı cinayətlərin şərtsiz sübutu” olaraq, Auşviç-Birkenay Dövlət Muzeyinə verib.

Mütəxəssislər hesab edirlər ki, albom Almaniyada kütləvi edam və insanlara qarşı amansız təcrübələri ilə tanınan Buhenvald düşərgəsində öldürülmüş məhbusun dərisindən hazırlanıb.

Muzeyin kolleksiya bölməsinin müdiri Elzbieta Kayzerin araşdırma zamanı albomun hər iki üz qabığının eyni emalatxanada hazırlandığının məlum olduğunu deyib.

Muzeydə Holokost qurbanlarının dərisindən hazırlanmış bir kitab da var.

Gununsesi.org