Vəkillər Kollegiyasının yeni sədri nöqsanlardan danışdı - O, BAŞ VERƏNLƏRƏ GÖRƏ MƏYUS OLDUĞUNU BİLDİRİB

  • By admin
  • 08 Dekabr 2017 11:40

“Ən qısa zamanda Vəkillər Kollegiyasına üzvlüklə bağlı elan veriləcək və sənəd qəbuluna başlanılacaq”.

Gununsesi.info-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni seçilmiş sədri Anar Bağırov deyib.

A.Bağırov indiyə qədər baş verənlərə görə məyus olduğunu bildirib: “Hesab edirik ki, Vəkillər Kollegiyası burada müəyyən çatışmazlığa, haradasa səhlənkarlığa yol verib. Biz çalışacağıq ki, bundan sonra bu cür hallar baş verməsin”.

Gununsesi.info