Vəkilləri Navalnının səhhətinin pisləşməsindən narahatdır

  • By admin
  • 24 Mart 2021 21:32

Kremlin həbsdə olan tənqidçisi Aleksey Navalnının tərəfdaşları çərşənbə günü onun səhhətinin pisləşməsindən narahat olduqlarını, vəkilləri isə həbsxanada onu ziyarət etmələrinə icazə verilmədiyini bildirib.

44 yaşlı Navalnı saxta adlandırdığı ittihamla keçən ay iki il yarım həbs cəzasına məhkum edilib. O, yanvar ayında zəhərlənmə səbəbilə müalicə aldığı Almaniyadan Moskvaya qayıtdığı zaman həbs edilib.

Yaxın tərəfdaşı Leonid Volkovun sözlərinə görə, Navalnının keçən həftə bel nahiyəsində şiddətli ağrıları olub, o, ayağında uyuşma hiss edib və ayaq üstə dayana bilməyib. O, Navalnıya yalnız iki ağrıkəsici həb verildiyini deyib.

Volkovun dediyinə görə, vəkilləri Olqa Mixaylovaya və Vadim Kobzeva Navalnı ilə çərşənbə günü səhər saat 10-a təyin edilmiş görüşə icazə verilməyib.

Vəkillərdən biri olan Kobzev görüşə icazə verilmədiyini təsdiq edib və bunun qəbuledilməz olduğunu deyib.

Navalnı Moskvadan 100 kilometr şərqdə, Vladimir vilayətində həbsxanada saxlanır.

Federal Həbsxana Xidməti və Vladimirdəki regional həbsxana idarəsi məsələ ilə bağlı heç bir şərh verməyib.

Navalnının vəkillərinin bildirdiyinə görə, həbsxana rəhbərliyi onlara müdafiə etdikləri şəxsi ziyarət etmələrinə müəyyən olmayan təhlükəsizlik tədbirləri səbəbi ilə icazə verilmədiyini deyiblər.

Volkov Navalnının həbsxana xəstəxanasına köçürülməsinin mümkün olduğunu və müəssisə rəhbərliyinin bu faktı gizlətməyə çalışdığını deyib.

Gununsesi.info