Sosial şəbəkədə anonim hesabla şikayətini bildirən vətəndaş, “Nar” mobil operatorunun müştəri xidmətlərinin əməkdaşının onunla kobud danışdığını iddia edib.
Gununsesi.info-nun xəbərinə görə, şikayətçi bildirib ki, müraciəti qeydə alınsa da, məsələni aydınlaşdırmaq əvəzinə, əməkdaşın davranışı narazılığını daha da artırıb.
Vətəndaşın sözlərinə görə, söhbət zamanı telefon danışığının səs yazısının qeydə alındığını bildirdikdə, əməkdaş buna etiraz edib və xidmətdən razı deyilsə, nömrəsini başqa operatora daşıya biləcəyini deyib.
Şikayətçi narazılığını belə ifadə edib:
“Nar bu operator kimi müştəriyə hörmətsizlik edən başqa bir operator tanımıram. Şikayət qeydə alıblar, əməkdaşları zəng vurub elə danışır adamla, elə bil kriminal aləmin nümayəndəsidir. Ən sonda “səs yazısı qeydə alıram” dedim. Deyir: “Siz hansı haqla mənim səsimi yazırsız?” Deyirəm: “Siz məni niyə mühakimə edirsiz? Məhkəmə zalıdır bura?” Deyir: “Xidmətdən razı deyilsiz, nömrəni başqa operatora daşıyın”. İndi dərdini kimə deyəsən?”.

Elmar











