“Vətəndaşların gəlirləri indiki iqtisadi vəziyyətə uyğunlaşdırılmalıdır” - DEPUTATLARDAN TƏKLİF

  • By admin
  • 03 Dekabr 2016 11:50

meclis

Millət vəkilləri indiki şəraitdə əməkhaqqı və pensiyaların artırlmasını təklif edir.

Gununsesi.info xəbər verir ki, millət vəkili Qüdrət Həsənquliyev hökumətə ilkin olaraq müəllim və həkimlərin əməkhaqqılarının qaldırılmasını təklif edib: “Manat dəyərini artıq iki dəfə itirib, qiymətlərə bahalaşıb, ancaq müəllim vəhəkimlərin maaşları əvvəlki səviyyədədir. Düzdür bu gün müəllimlərin orta aylıq əməkhaqqı barədə dəqiq fikir söyləyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, tanıdığım müəllimlər 140 manat civarında maaş aldıqlarını deyirlər. Azərbaycanda isə növbəti ildə minimum əməkhaqqı 164 manat müəyyənləşdirləcək. Müəllimlərin isə maaşı bundan aşağıdır. Əgər müəllim bunun 100 manatını qaza, elektrik enerjisinə ödəsə yerdə nə qalacaq. Axı bu acınacaqlı vəziyyətdir. Ona görə də maaşlar artırlmalıdır”- deyə, millət vəkili vurğulayıb.

Deputat eyni vəziyyəti həkimlərə də şamil edib. O bildirib ki, həkimlərin də maaşı müəllimlərin maaşından heç də fərqlənmir: “Hökumət onların da maaşlarının qaldırlması yollarını düşünməlidir”.

Q.Həsənquliyev eyni zamanda pensiya və müavinətlərin də həcminin iki dədə artırılmasını təklif edib.

Millət vəkili Fəzail Aağamalı da Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətini qaldırmasından sonra, manatın devalavasiyası şəraitində əməkhaqqı, pensiya və müavinətlərin qaldırlmasını təklif edib.

Millət vəkili Tahir Kərimli də büdcə təşkilatında çalışanların əməkhaqqılarının xeyli dərəcədə artırlmasını təklif edib. Bildirib ki, indki şəraitdə onalrın aldığı maaş real vəziyyətlə tərs müntənasiblik təşkil edir. “Ona görə də, əməkhaqqı, pensiyalar qaldırılamlıdır. İndiki iqtisadi vəziyyətə uyğunlaşdırılmalıdır”- deyə, T.Kərimli bildirib.

Mürtəza

Gununsesi.info