Vəzifəli şəxslər qəzaya düşdü

  • By admin
  • 01 Oktyabr 2016 15:07

qeza2

Qazaxda növbəti ağır avtoqəza baş verib. “Mersedes” markalı minik maşını yoldan çıxaraq aşıb və yanıb. Qəza nəticəsində avtomobilin sahibi müxtəlif bədən xəsarətləri alıb, sərnişin Çaylı ( Kommuna) kənd sakini Axundov Elşad Şahvələd oğlu aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Qəzaya düşən hər iki şəxs rayonda vəzifə sahibləridir. Maşının sahibi Qazax Bələdiyyəsinin sədri Oktay Hüseynovdur. Onun da vəziyyətinin ağır olduğu bildirilir. Vəfat edən sərnişin Elşad Axundov isə Qazax Kommunal Müəssisələri Kombinatının müdiri idi.

Onlar Ağstafada yerləşən “Orxan” şadlıq sarayında keçirilən toy məclisindən qayıdırmışlar.