“Vagner” Zelenski və Şmıqalı öldürmək istəyib

  • By admin
  • 26 Mart 2022 10:00

“Rusiyanın “Vagner” özəl hərbi şirkətinin silahlıları Ukrayna prezidenti Volodimir Zelenskiyə və baş nazir Denis Şmıqala sui-qəsd planlaşdırıb”.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN telekanalına müsahibəsində Ukrayna müdafiə nazirinin müşaviri Markian Lubkivski danışıb. O bildirib ki, bununla bağlı bütün sübutlar Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilib.

Müdafiə nazirinin müşaviri qeyd edib ki, Ukrayna kəşfiyyatı Ukraynada və xaricdə yaraqlıları izləyib, onlardan bir neçəsi ölkə daxilində məhv edilib.

Qeyd edək ki, bundan əvvəl Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak prezidentə qarşı 10 sui-qəsd cəhdinin olduğunu açıqlamışdı.

Gununsesi.info