
Rusiyanın Xalq artisti Valeriya məişət zorakılığı və qadın hüquqlarının müdafiəsi ilə məşğul olacaq siyasi partiya yaradacaq və ona başçılıq edəcək. Gununsesiaz.info-nun məlumatına görə, bu barədə “REN TV” xəbər verib.
“Partiya “Güclü qadınlar” adlanacaq”, – müğənninin həyat yoldaşı və prodüseri İosif Priqojin bildirib.
Valeriya ilk olaraq Yutub kanalında “Niyə mən?” adlı proqram yaradacaq. Həmin proqramda o, zərərçəkən qadınlardan müsahibə alacaq.
Priqojinin sözlərinə görə, layihə 2020-ci ilin payızında hazır olacaq.
Gununsesiaz.info