Evlilik zamanı valideyn tərəfindən hədiyyə edilən ev boşanma zamanı bölünüb-bölünməməsi sual doğurur.
Bu məsələdə əsas məqam evin şəxsi mülkiyyət hesab olunub-olunmamasıdır.
Görəsən, hazırkı vəziyyətdə həmin ev boşanma prosesində paylaşılırmı?
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan hüquqşunas Xəyal Məmmədov qeyd edib ki, Ailə Məcəlləsinin 34-cü maddəsinə görə, hədiyyə kimi əldə edilən əmlak şəxsi mülkiyyət sayılır.
“Buna əsasən, valideyn tərəfindən hədiyyə edilən ev ümumi əmlaka daxil edilmir. Boşanma zamanı bu ev bölünmür və digər tərəf ona dair pay iddia edə bilməz”.
Günay












