Valyuta ehtiyatı 20 faiz artıb

  • By admin
  • 03 Aprel 2018 16:24

 

Azərbaycan Mərkəzi Bankının aprelin 1-nə olan məlumatına görə, valyuta ehtiyatı 5 milyard 508 milyon dollar olub.
Gununsesi.info bunu Mərkəzi Banka istinadən xəbər verir.
İlin əvvəli ilə müqayisədə 2.3 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artıb.
Qeyd edək ki, ötən ilin birinci rübündə AMB-nın valyuta ehtiyatı 4 milyard 432 milyon dollar olub.
Vüsalə
Gununsesi.info