Van gölündən çıxarılan cəsədlərin sayı 60-a çatdı

  • By admin
  • 21 İyul 2020 09:54

Türkiyənin Van gölündə qaçqınları daşıyan qayığın batması ilə əlaqədar aparılan axtarışlar nəticəsində sudan çıxarılan cəsədlərin sayı altmışa çatıb.

Gununsesiaz.info xəbər verir ki, iyulun 1-də batan qayıqda itkin düşən şəxslərin axtarışı Türkiyə Milli Müdafiə Nazirliyinin birinci dərəcəli dalğıc heyəti tərəfindən həyata keçirilib. Sualtı axtarış cihaz sistemindən istifadə edərək qayığın təxminən 107 metr dərinlikdə olduğu müəyyən edilmişdi. Hadisənin birinci günü cəmi 6 cəsəd tapılmışdı.

Qayıq batarkən orada 55-60 qaçqının olduğu bildirilirdi. Ehtimal olunur ki, hadisə nəticəsində itkin düşənlərin hamısının cəsədi tapılıb.

Qeyd edək ki, hadisə ilə əlaqədar cinayət işi açılıb. Qanunsuz miqrasiya həyata keçirməkdə şübhəli bilinən yeddi nəfərin saxlanıldığı bildirilir.

Gununsesiaz.info