Vasitəçilik Bakının beynəlxalq imicinə müsbət təsir göstərir - Politoloq

  • By admin
  • 01 İyul 2016 17:36

qabil

 

“Türkiyə Rusiya münasibətlərinin normallaşması bölgə üçün xeyirlidir. Ona görə də iki ölkə arasındakı gərginliyin aradan qalxması çox mühüm hadisədir”.

Bunu Gununsesi.infoya açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Soçidə Türkiyə və Rusiya XİN başçılarnın görüşü regional əməkdalığa veriləcək töhfə baxımından ciddi önəm daşıyır. “Bu görüşdə Suriya məsələsinin həlli diqqəti çəkən məsələdir”, – deyə politoloq vurğulayıb.

O deyib ki, iki ölkə arasında İŞİD-ə və digər terrorçu təçkilatlara qarşı mübarizəni gücləndirmək məsələsində ortaq məxrəcə gəlməsi ümumilikdə Suriya məsələsinin həllində Rusiya Türkiyə həlledici rol oynaya bilər. “Bu eyni zamanda İŞİD kimi terrorçu təşkilata qarşı effektiv mübarizə imkanı yarada bilər. İŞİD və digrə terrorçu təşkilatların sıradan çıxarılması isə bölgədə sabitliyin yaranmasına gətirib çıxarar. Nəticədə bölgədə Türkiyənin mövqeyi xeyli möhkəmlənə bilər”, – deyə Q. Hüseynli vurğulayıb.

Politoloq əlavə edib ki, Rusiya Türkiyə münasibətlərinin normallaşması nəticədə Rusiya ABŞ münasibətlərinin normallaşmasında bir körpü rolunu oynaya bilər: “Bu isə Türkiyənin bölgədə regional güc kimi rolunun artmasına yeni perspektivlər açır”. Azərbaycanın Türkiyə-Rusiya münasibətlərində oynadığı pozitiv rola gəldikdə Q.Hüseynli deyib ki, bu bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal oyunçu olduğunun göstəricisidir. “Azərbaycan beynəlxalq imicinə müsbət təsir göstərir. Azərbaycan xeyli zamandı beynəlxalq münasibətlər sistemində aktiv oyunşulardan və saylıb seçilən ölkələrdəndir. Məhz bu aktivliyinə görə Azərbaycana böyük önəm verilir”, – Q.Hüseynli qeyd edib.

Mürtəza