“Vatslav Havel” mükafatını bu dəfə o aldı

  • By admin
  • 30 Sentyabr 2019 19:48

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında “Vatslav Havel” insan haqları mükafatının təqdimetmə mərasimi keçirilib.

Gununsesi.org-un xəbərinə görə, mükafat bu dəfə Çində ömürlük məhbus həyatı yaşayan uyğur kökənli blogger İlham Tohdi alıb. Onun mükafatını AŞPA prezidenti Lilian Mori Paskye İlham Tohti adına olan qurumun (İlham Tohti İnitiative) rəhbəri Enver Cana təqdim edib. Enver Can çıxışında İlham Tohti adına mükafatı almaqdan qürur duyduğunu deyib.

Qeyd edək ki, azərbaycanlı insan haqları müdafiəçisi Anar Məmmədli də bu mükafata layiq görülmüşdü.

Pərviz Həşimli Fransa/ Strasburq

Gununsesi.org