“VAZ 2107” və “Niva” toqquşdu - 3 YARALI

  • By admin
  • 17 Oktyabr 2016 10:50

niva

“Niva”  “Vaz 21-07” ilə toqquşdu 3 nəfər xəsarət aldı.

Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Ağstafa rayonundan keçən hissəsində baş verib.Yol nəqliyyat hadisəsi nəticəsində  Qazax rayon sakinləri  35 yaşlı Anar Şıxlınski, 32 yaşlı Pərviz Yusifov və 27 yaşlı Ağstafa rayon sakini Aqil Böyükişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon Mərkəzi xəstəxanasına çatdırlıblar. Zərərçəkənlərə ilkin yardım göstərilib vəziyyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info