“VAZ-2107” yük maşını ilə toqquşdu - SÜRÜCÜ ÖLDÜ

  • By admin
  • 09 Sentyabr 2019 11:00

Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qıraqlı kəndində qeydə alınıb. 

“VAZ-2107” markalı avtomobil yük maşını ilə toqquşub. 

Nəticədə, “VAZ-2107″nin sürücüsü hadisə yerində ölüb. Ölən sürücü Saatlı sakini 1994-cü il təvəllüdlü Qurbanov Taleh İlqar oğludur.

Faktla bağlı araşdırma aparılır. 

Gununsesi.org