“Venanzo Croketti” Muzeyində sərgi açıldı - Əli və Həsən İsgəndərov qardaşlarının

  • By admin
  • 05 İyul 2016 14:32

 

 

57562

 

 

Romanın məşhur “Venanzo Croketti” Muzeyində Əli və Həsən İsgəndərov qardaşlarının fərdi sərgisi açılıb.

Gununsesi.info atv.az-a istinadən xəbər verir ki, sərginin təşkilatçısı İtaliyanın ən məşhur simalarından İda Mitrano olub. Sərginin açılışını Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və dünya şöhrətli rəssam Ennio Kalabria edib. Qardaşların uğurları haqda ilk olaraq, sərfirimiz çıxış edib.

Ondan sonra isə Roma Rəssamlıq Akademiyasının prezidenti Alfio Mongelli, sənətşünas İlda Mitrano, məşhur rəssam Ennio Kalabria və İtaliya Beynəlxalq Şairlər Assosiasiyasının prezidenti ədəbiyyatşünas Angello Sagnelli çıxış edib. Çıxışı zamanı dünya şöhrətli rəssam Ennio Kalabria Əli və Həsən İsgəndərov qardaşlarının sənətinə yüksək qiymət verib. O deyib ki, bu qardaşlar İtaliya incəsənətinin ayrılmaz zirvəsidir.

Sonra çıxış edən rəssam qardaşlar onların yaradıcılığına verilən yüksək qiymətə görə, İtaliyanın Mədəniyyət Nazirliyinə, Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadəyə, “Venazzo Croketti” fonduna, Alfio Mongellia və dünya şöhərtli rəsam Ennio Kalabriaya təşəkkür ediblər. Sərgi iyul ayının sonuna kimi davam edəcək.

57561

Gununsesi.info