
Venesuelada etiraz aksiyasının 80-ci günündə 17 yaşlı Fabian Urbinanın sinəsindən vurulduğu və ən azı 27 nəfərin yaralandığı açıqlanıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Venesuela Cinayət Forumu Təşkilatı yayıb.
Venesuela Prezidenti Nikolas Maduroya qarşı keçirilən etiraz aksiyasının 80-ci günündə təxminən 10 min etirazçı iştirak edib.
Qeyd edək ki, aprel ayından bu yana Venesuelada keçirilən etiraz aksiyalarında ölənlərin sayı 73-ə çatıb.
Gununsesi.info