Venesuela generalı ABŞ-a təslim oldu

  • By admin
  • 28 Mart 2020 10:17

Son iki ildir Kolumbiyada yaşayan və narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan Venesuela Silahlı Qüvvələrinin istefada olan general-mayoru Kliver Alkala Kordones ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinə təslim olub.

Gununsesi.org bildirir ki, bu barədə “Tiempo” qəzeti məlumat yayıb.

Alkala Barrankilya şəhərində təslim olub və oradan Narkotiklərlə Mübarizə İdarəsinin təyyarəsi ilə ABŞ-a aparılıb.

General ona qarşı bu cür ittihamların irəli sürülməsini təəccüblə qarşılayıb və hətta Nikolas Maduroya qarşı dövlət çevrilişi planlaşdırdığını da qeyd edib.

Gununsesi.org