Venesuela həbsxanasında toqquşma: 14 YARALI, 37 ÖLÜ

  • By admin
  • 17 Avqust 2017 12:28

04

Venesuela həbsxanalarının birində nəzarətçilərlə məhbuslar arasında toqquşma baş verib.

Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu haqda Amasonas bölgəsinin qubernator Liborio Quarulla məlumat verib.

Belə ki, L.Quarulla bildirib ki, təhlükəsizlik qüvvələri Puerto-Ayakuço şəhər həbsxanası üzərində nəzarəti bərpa etmək üçün əməliyyat keçirib: “Bu zaman tərəflər arasında toqquşma baş verib. Nəticədə 14 nəfər həbsxana nəzarətçisi yaralanıb, 37 nəfər məhbus isə ölüb”.

L.Quarullanın sözlərinə görə, Puerto-Ayakuço şəhər həbsxanasıda saxlanılan 110 məhbus məhkəmə tərəfində mühakimə olunacağı günü gözləyir: “16 min məhbusun saxlanılması üçün nəzərdə tutulan həbsxanalarda hazırda 50 minə yaxın məhbus cəza çəkir”.

L.Quarulla xatırladıb ki, 2013-cü ildə də Venesuelada buna bənzər hadisə baş verib. O zaman nəzarətçilərlə məhbusla arasında yaranan qarşıdurmada 61nəfər məhbus həyatını itirib.

Anar

Gununsesi.info