Venesuelada içində iş adamlarının olduğu təyyarə qəzaya uğradı – Xeyli sayda ölənlər var

  • Müəllif: admin
  • 21 Dekabr 2019 08:29

Venesuelada “Caracas Oscar Machado Zuloaga” hava limanının səkkiz kilometr yaxınlığında “Beechcraft 100 King Air” özəl təyyarəsi qəzaya uğrayıb.

Bu barədə “Infobae” nəşri yazır.

Ölkənin Baş prokuroru Tarek Vilyam Saabın verdiyi məlumata əsasən, hadisə təyyarə eniş edərkən baş verib.

“Təəssüf ki, Venesuelanın doqquz vətəndaşı həlak olub. Onların yaxınlarına baş sağlığı verirəm”, – deyə məmur bildirib.

Saab qeyd edib ki, mütəxəssislər bir neçə saat ərzində aviaqəzanın detallarını araşdıracaqlar.

İlkin məlumatlara görə, təyyarə Bolivar ştatından havaya qalxıb. Onun göyərtəsində iş görüşməsinə gedən biznesmenlər olub.

Xəbər Oxu.az saytında dərc edilib.

 

https://twitter.com/FedericoBlackB/status/1207841670512939008

Gununsesi.org