Venesuelada Konstitusiya Assambleyası işə başladı

  • By admin
  • 04 Avqust 2017 23:13

venesuel

Venesuelanın Konstitusiya Assambleyası (KA) bu gün ölkə paytaxtı Karakasda öz işinə başlayıb.

Gununsesi.info-nun TASS-a istinadən verdiyi məlumata görə, bu haqda AFP agentliyi xəbər verir.

Konstitusiya assambleyasının sədri sabiq xarici işlər naziri Delsi Rodriges seçilib.

Qeyd edək ki, assambleya, əksər üzvləri müxalifətçi olan Parlamentin binasında öz işinə başlayıb.

Gununsesi.info