
Venesuelada neftayrıma zavodlarının 80 faizi işi dayandırıb.
“Report” xarici KİV-inə istinadən xəbər verir ki, bunu Venesuela neft sənayesi həmkarlar ittifaqının başçısı İvan Freytes bildirib.
Onun sözlərinə görə, ölkədə demək olar ki, yüksək oktan ədədli daxil olmaqla benzin istehsal edilmir: “Bəzi sənaye sahələrinin fəhlələri aclıq və səfalətdən əziyyət çəkilər. Bütün bunlara görə məsuliyyəti Maduro (Venesuelanın prezidenti Nikolas Maduronu nəzərdə tutur- “Report”) daşıyır ”.
Gununsesi.info












