Venesuelada sərnişin avtobusu aşıb -11 ölü

  • Müəllif: admin
  • 30 Sentyabr 2016 21:00

qeza

Venesuelanın Bolivar ştatında ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin avtobusunun aşması nəticəsində azı 11 nəfər ölüb, 14-ü xəsarət alıb.

Bolivar-Santa-Elena marşrutu üzrə hərəkət edən avtobus Braziliya sərhədi yaxınlığında qəzaya uğrayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri barədə məlumat verilmir.

 

Gununsesi.info