Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 1,1% artıb

  • By admin
  • 10 Aprel 2018 20:55


Bu ilin I rübündə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1 mlrd. 436,5 mln. manat vəsait daxil olub. Gununsesi.info-nun məlumatına görə, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 15,8 mln. manat və ya 1,1% çoxdur. Həmin vəsaitin 67,5%-i və yaxud 969,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

 

Gununsesi.info