Verilişə çıxıb dostunu öldürən adamı axtarırdı, qatil özü çıxdı

Məşhur türkiyəli aparıcı Müge Anlının verilişində şok anlar yaşanıb.

Gununsesi.info Musavat.com-a istinadla xəbər verir ki, canlı efirə çıxıb dostunun qatilinin tapılmasını istəyən şəxs barədə açıqlanan detallar hər kəsi heyrətləndirib.

Belə ki, dostunun öldürüldüyünü bildirən və qatilin tapılmasını tələb edən Ersin Koç polis tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Məlum olub ki, Erdal Sakız adlı şəxsi elə dostu Ersin Koç öldürübmüş. Qətli törətdiyini etiraf edən Ersin Koç tutularaq həbsxanaya göndərilib.

Qeyd edək ki, Noyabrın 9-da Karasu vilayətinin Kurudere məhəlləsindəki evindən çıxan Erdal Sakızdan 10 gündür xəbər alınmayıb. O, noyabrın 19-da Hendek rayonunda öz avtomobilində ölü tapılıb. Mövzu ilə bağlı genişmiqyaslı araşdırmalara başlayan jandarma qrupları tərəfindən Erdal Sakızın tüfənglə vurularaq öldürüldüyü müəyyən edilib.

Gununsesi.info