Veteran cüdoçularımız vətənə qayıdıblar

  • By admin
  • 20 İyun 2017 09:48

02

Xorvatiyanın Zaqreb şəhərində veteranlar arasında keçirilən Avropa çempionatının fərdi və komanda yarışında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.

Gununsesi.info Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Qeyd edək ki, fərdi yarışlarda veteran cüdoçularımız 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar. Avropa çempionatının komanda yarışlarında isə millimiz 30-40 yaş kateqoriyası üzrə mübarizədə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Anar

Gununsesi.info