“Koronovirusla bağlı ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 746 nəfər inzibati, bir nəfər isə cinayət məsuliyyətinə cəlb olunub”.
Gununsesi.org-un məlumatına görə, bunu Daxili İşlər naziri Vilayət Eyvazov Nazirlər Kabineti yanında operativ gərargahın dünən keçirilən iclasında bildirib.
Nazir deyib ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonuna giriş-çıxışın məhdudlaşdırılmasına baxmayaraq, bəzi vətəndaşlar postlara qədər maşınla, oradan isə piyada keçərək, Bakıya girməyə cəhd edirlər:
“99 nəfər barəsində konkret tədbirlər görülüb”
Gununsesi.org