Vilayət Eyvazov Oktay Süleymanlıya yeni vəzifə verdi

  • By admin
  • 16 Dekabr 2020 18:26
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Gununsesi.org xəbər verir ki, Unikal.org-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Oktay Süleymanlı tutduğu vəzifədən azad olunub.
Nazirin digər əmri ilə, o, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

Gununsesi.org