Vilayət Eyvazovdan yeni təyinat

  • Müəllif: admin
  • 04 İyul 2022 12:39

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni təyinat olub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Mansurov DİN-in Polis Akademiyası rəisinin birinci müavini vəzifəsinə təyinat alıb.

V.Mansurov bu təyinatadək Polis Akademiyasında müəllim işləyib.

Qeyd edək ki, DİN-in Polis Akademiyasının rəisi polis general-mayoru Canpolad Daanovdur.

Gununsesi.info