Villadan oğurluq

  • By admin
  • 23 Noyabr 2016 13:20

ogurluqYarımtiki villadan oğurluq edilib.

Gününsəsi.info xəbər verir ki, oğurluq hadisəsi Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində baş verib. Əslən Laçın rayonu Minkənd kəndindən olan 37 yaşlı Adıgözəlov Aqil Nizami oglu deyir ki 8 ay bundan qabaq 2 mərtəbəli yarimtikili fərdi yaşayış evini başqa bir adamdan alıb. Bir müddət evdə təmir aparmayan Aqil bu ayın əvvəllərində evin təmiri üçün bəzi tikinti materiallarını alıb. Ancaq çağırılmamış qonaqlar onun bu arzusuna mane olublar. Özün dediyinə görə Noyabr ayının 13-dən 14 keçən gecə saat 2 -ə kimi sözü gedən bu yarımtikilidə olub. Və elə oğurlanan materiallarda evdə olub. Zərərçəkən tikinti materiallarını aldıqdan sonra evdə yaşayış olmadığı üçün onları telefonla lente alıb. Aqil deyir ki, su boruları, kombi aparatına aid olan aksesuarlar və 5-6 top olan elektrik naqillərindən təkcə ag rəngdə olan elktrik naqilini aparıblar. Hadisə barədə Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə məlumat verilib. Bölmə əməkdaşları fərdi yaşayış evinə baxış keçirərək pəncərədən və evdən barmaq izləri götürüblər.Aqil Adıgözəlovun sözlərinə görə hadisənin üzərindən artıq 10 günə yaxın vaxt keçməsinə baxmayaraq hələdə cinayəti törədən şəxslərdən bir xəbər çıxmadığını deyir. İndi zərərçəkənin bir istəyi var o da ona dəymiş  maddi ziyanın səbəbkarlarının tapılmasıdır.

Gununsesi.info