Vilyam Hacıyevin daha bir qanunsuz əməli

  • By admin
  • 20 İyul 2016 10:50

vilyam

Sahibkar icra başçısının qanunsuzluğundan təngə gəlib

 

“Gül.-Gün” sahibkar müəssisəsinin  rəhbəri Niyaz Niyazov adlı vətəndaş Gununsesi.info-ya şikayət məktubu göndərib. Sahibkar saytımıza ünvanlandığı müraciətində İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin qanunsuz əməllərindən, o cümlədən onun başına gətirdiyi əməllərdən yazıb.

Gununsesi.info sahibkarın müraciətini təqdim edir:

 

Hörmətli redaksiya!

Saytınız tez-tez DÖVLƏT MƏMURLARININ sahibkarların,biznes adamlarının,sıravi Azərbaycan vətəndaşlarının başına gətirdikləri hadisələrlə bağlı məlumatları çap edir.Sizin belə məqalələri işıqlandırmağınız sıravi vətəndaşları az da olsa qane edir. Düzdür,hamı anlayır ki,əvvəllər olduğu kimi yazılan faktlar doğru olarsa,onda həmin dövlət məmurunu dərhal tutduğu vəzifəsindən uzaqlaşdırmayacaqlar.
Elə məmur var ki,onun barəsində bəlkə də 100-lərlə fakt olan şikayət məktublar internet qəzetində dərc olunub,ancaq onun heç vecinə də deyil. Öz vəzifəsində yenə də çalışır,hələ əvvəlkindən də çox vətəndaşları,biznes və sahibkar əhlini incidir,onların başına olmazın oyunları açır,ancaq nəticədə yenə də keyfindədir.Buna baxmayaraq, heç olmasa internet qəzetləri işıqlandırsınlar ki,bəlkə həmin məmur özünə yığışar deyə bir az təskinlik tapırlar. Məmurlar nahaqdan təkcə bir neçə sahibkarı,vətəndaşı incitsələr,nə varki?

Həmin “gözəl” DÖVLƏT MƏMURLARIndan biri də hal-hazırda İmişli rayonunun İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışan VİLYAM HACIYEVdir.     Imişli RİHB-ı Vilyam Hacıyev Xanlar rayon İHB-sı vəzifəsində çalışarkən “Gül.-Gün.”sahibkar müəssisəsinin sahibkarının başına gətirdiyi bütün Azərbaycan xalqına məlum olsun deyə bu ŞİKAYƏT MƏKTUBu yazıram.Indi yazacaqlarım sizin qəzetdə dərc olunandan sonra nəinki sizlərə,hətta bütün dünyaya məlum olacaq ki,VİLYAM HACIYEV Xanlar(indi-Göygöl)rayonu İHB-sı vəzifəsində çalışarkən YALAN MƏZMUNLU MƏKTUB yazmaqla “Gül.-Gün.”sahibkar müəssisəsinin fəaliyyətinin dondurulmasına-deaktivləşməsinə çox asanca nail oldu.Bu ədalətsiz,nahaq görülən işin necə olduğunu sizlərə yazıram.
Hörmətli Azərbaycan xalqının nümayəndələri,hamınıza məlum olsun ki,Hacıyev Vilyam Faxralı oğlu əvvəllər Gəncə hava limanında bizlərin tabeliyində çalışarkən mənim ona heç bir qram da pisliyim keçməyib.Onunla insani münasibətimiz tam normal olub.Nədənsə,Gəncə hava limanından uzaqlaşandan sonra İHB-sı vəzifəsinə sahib olan kimi mənim sahibkarı olduğum “Gül.-Gün.” sahibkar müəssisəsinə düşmən kəsildi. Əlində heç bir əsası olmadan YALAN MƏKTUB yazıb yuxarılara yolladı.Onun yazdığı YALAN MƏKTUB hüquqi cəhətdən tam qanunsuzdur.Mənim sənədlərimin hamısı hüquqi cəhətdən tam qaydasındır.Vilyam Hacıyev və bir neçə digər dövlət məmurları 20 ilə yaxındır ki,həmin vəzifələrdə çalışırlar.Mən isə YALAN MƏKTUB əsaaında tam müflisləşdim.Ailəmin maddi durumu hal-hazırda ən kritik həddə çatıb. Bütün bu çətinliklərə baxmayaraq,hələ də birtəhər yaşayırıq.Güman edirəm ki,yaxın vaxtlarda mən dövlətdən rüsumumu alacağam və sahibkar müəssisəmin fəaliyyətinə START verəcəyəm.Nəhayət,haqsızlığa son qoyulacaq və ədalət qalib gələcəkdir.Indi isə baş verənlərin hamısı ilə tanış olun.

Mən,Niyazov Niyaz Novruz oğlu olaraq 1992-ci ilin noyabr ayında “Gül.-Gün.”sahibkar müəssisəsini yaratdım və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim.1993-cü ildə müəssisənin ictimai-iaşə obyektlərinin tikinti işlərini həyata keçirməkdən ötrü Gəncə aeroportunun lap yaxınlığında olan Xanlar rayon Bağmanlar sovxozunun ərazisindən 1.5 ha Xanlar rayon İHB-sının və Xanlar rayon XDS-nin qərarı ilə torpaq sahəsi götürdüm.Tez bir vaxt ərzində həmin ərazidə müəssisənin tikinti işlərini başlatdım.Tikintinin xeyli hissəsini həyata keçirmişdim.Davam etdirməkdən ötrü pul gözlədiyimiz bir vaxtda Gəncə aerovağzal kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəldi.Müəssisəmin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aerovağzal kompleksinin ərazisinə düşdüyü üçün sənədlərimi hazırlayıb dövlətdən rüsum almaq qərarına gəldim.Bu da mümkün olmadı.Elə həmin vaxt Xanlar rayon İHB-sı Hacıyev Vilyam Faxralı oğlu YALAN MƏLUMATlı MƏKTUB yazaraq Azərbaycan Hava Yollarına yolladı.Məktubunda qeyd etmişdi ki,guya 1.5 ha torpaq sahəsində tikinti işləri aparmaq üçün İHB-nın sərəncamı olmayıb.Nəzərinizə çatdırım ki,VİLYAM HACIYEV bu YALAN MƏKTUBUnu yazmazdan əvvəl mənimlə heç bir söhbət belə aparmamışdı.Mən bu işlə əlaqədar olaraq onun qəbulunda olub soruşanda ki,niyə belə qansızlıq edirsən.VİLYAM HACIYEV sakit baxışlarla üzümə baxıb mənə anlatmağa çalışdı ki,belə olmalıdır.Onun bu məktubu əsasında Azərbaycan Hava Yollarının rəhbərliyi rüsum almağıma tam maneçilik törətdi.Mənə cavab yazdılar ki,guya sənədlərim qaydasında olmadığı üçün rüsum ala bilmərəm.Əslində bu məsələylə əlaqədar olaraq Azərbaycan Hava Yolları rəhbərliyi mənimlə görüşməli idi.Ona görə ki,rüsum ala bilməməyimdən tam narazı idim.Narazılıq olan işi bir məktubla həll etmirlər.Mən bu rədd cavabını alandan sonra o zaman külli miqdarda pul xərclədiyim müəssisənin tikintilərini dəyər-dəyməzinə satmağa məcbur qaldım. Ona görə ki,Gəncə Hava Limanının direktoru dirənmişdi ki,obyekti təcili yığışdır,CAHANGİR müəllim deyir yoxsa bulduzerin ağzına verəcəyik.Bu uzun illər ərzində mən tamamilə müflisləşdim.VİLYAM HACIYEVin birbaşa günahı ucbatından “Gül.-Gün.”sahibkar müəssisəsinin fəaliyyəti deaktivləşməli oldu. Bizim dövlət məmurları sahibkarın başına belə oyunlar gətirirlər və heç of da demirlər.Elə bil ki,belə də olmalıdır.Onların da xətirlərinə belə dəyən olmur. Vəzifə sahibi olanda gözləri ayaqlarının altını seçmir.Düşünürəm ki,bu hal insan bədbəxtçiliyidir.Mənim müəssisəmin fəaliyyətinin deaktivləşməsinin səbəbkarları hələ də vəzifə başındadırlar deyə fəaliyyətə başlamaq qeyri-mümkündür.Vilyam Hacıyev sifarişi vaxtında və dəqiq yerinə yetirdi.Elə ona görə hələ də vəzifə başındadır.Həmin insanlar ona maneçilik törətmədilər.Sifarişçiləri mən tanımıram,ancaq Vilyam Hacıyev dəqiq bilməlidir.Elə düşünürəm ki,ALLAH belə məmurların gərəkli paylarını verəcək və sahibkarlar da fəaliyyətlərinə başlayacaqlar.

 

 

Hörmətlə : “Gül.-Gün”  Sahibkar müəssisəsinin sahibkarı

Niyazov Niyaz Novruz oğlu.