Vinston Çörçilin ən çox səsləndirilən aforizmləri

  • By admin
  • 09 Yanvar 2022 12:59

Gununsesi.info Böyük Britaniyanın sabiq baş naziri, adı tarixdə dünyanın ən çox öyrənilmiş 100 şəxsiyyətlər sırasında olan Vinston Çörçilin aforimzlərini təqdim edir:

İstənilən böhran yeni imkanlar deməkdir.

Ağıllı insan bütün səhvləri özü eləmir, o başqalarına da bunun üçün şans verir.

Şahin külək istiqamətində yox, onun əksinə uçanda yüksəyə qalxır.

Öz rəyini heç vaxt dəyişməyən adam axmaqdır.

Kapitalizmin anadangəlmə qüsuru, yaşayış vasitələrinin qeyri-bərabər paylanmasıdır; sosializmin anadangəlmə üstünlüyü, yoxsulluğun bərabər şəkildə paylanmasıdır.

Hakimiyyət – narkotikdir. Kim ki, onu heç olmasa bir dəfə dadmışsa, həmişəlik zəhərlənir.

Özünüzə sağlamlıq və var-dövlət deyil, uğur arzulayın, axı Titanikdə hamı sağlam və varlı idi, ancaq təktük adamlar bu faciədən uğurla çıxa bildi.

Həqiqət şalvarını geyinənəcən, yalan dünyanın yarısını dolaşır.

Həyatın ən böyük dərslərindən biri budur ki, bəzən axmaqlar da haqlı olur.

Parlamentin məqsədi yumruq döyüşünü söz döyüşü ilə əvəz etməkdir.

İki nəfər savaşanda, üçüncü qazanır.

Qatili öldürəndə qatillərin sayı əksilmir.

Pessimist hər bir imkanda çətinlik, optimist isə hər bir çətinlikdə imkan görür.

Əgər hər hürən itə daş atmağa başlasanız, heç vaxt mənzil başına çatmayacaqsınız.

Gununsesi.info