VİP sədri İran prezidenti ilə görüşəcək

  • Müəllif: admin
  • 10 Fevral 2018 11:13

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev İran hökumətinin dəvəti ilə qonşu ölkədə İslam İnqilabının 39 illiyinə həsr olunmuş tədbirlərdə iştirak üçün Tehrana gedib.

Bu barədə Gununsesi.info-ya partiyanın mətbuat xidmətindən məlumat verilib.

VİP sədri Əli Əliyevin bir neçə gün davam edəcək səfəri çərçivəsində İran prezidenti Həsən Ruhani, parlamentin türk əsilli deputatları və siyasi dairələrin təmsilçiləri ilə də görüşü nəzərdə tutulub.

Mürtəza

Gununsesi.info