Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski ilk dəfə olaraq 31 yaşlı Oleq Eydelşteynin doğma atası olduğunu etiraf edib.
Gununsesi.info virtualaz.org-a istinadən xəbər verir ki, RLDP-nin başçısının kəbindən kənar oğlu Şimali Osetiyada yaşayır və atasının partiyasının bu regiondan parlament seçkilərində partiya siyahısında birinci sıradadır.
Qeyd olunur ki, Oleq babasının – Jirinovskinin atası Volf Eydelşteynin soyadını daşıyır. Lakin çoxları onu anasının soyadı ilə Qazdarov kimi tanıyır.
Xatırladaq ki, Vladimir Jirinovskinin böyük oğlu İqor Lebedev Rusiya Dövlət Dumasının sədr müavinidir.
Daha bir kiçik qeyd: 2011-ci ildə oğlu Oleqin dəbdəbəli toy mərasiminə sponsorluq etsə də, Vladimir Jirinovski həmin gün Şimali Osetiyaya gəlməyib.
Gununsesi.info