Voleybolçumuz Braziliya Kubokunun qalibi oldu - FOTO-VİDEO

  • By Günel
  • 09 Fevral 2025 11:54

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya Kubokunun qalibi olub.

Gununsesi.info xəbər verir ki, onun çıxış etdiyi “Osasko” finalda “Sesi Bauru”nu 3:1 hesabı ilə məğlub edib.

“Osasko” son olaraq 7 il əvvəl Braziliya Kubokuna sahib çıxmışdı.

Gununsesi.info