“Volkswagen” və “Skoda” 130 mindən çox avtomobili geri çağırdı

  • Müəllif: admin
  • 01 İyun 2018 12:03

“Volkswagen Group Rus” şirkəti Rusiyada 133 minə yaxın “Volkswagen” və “Skoda” markalı avtomobili geri çağırıb.

Gununsesi.info -nun məlumatına görə, qərar buksir elementinin qüsurlu qaynaq olunması ilə əlaqədardır.
Məlumatda qeyd olunur ki, geri çağırılma 2016-2018-ci illərdə Rusiyada satılmış “Volkswagen Polo Sedan” və “Skoda Rapid” modellərinə şamil olunur.

Həmçinin o da qeyd edilir ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.