Vyanada etirazçılar Avstriyanın Aİ-dən çıxmasını tələb etdilər

  • By admin
  • 23 Oktyabr 2022 11:26

Avstriyanın Aİ-dən çıxması zərurəti oktyabrın 22-də Vyanada etirazçılar tərəfindən elan edilib.

Nümayişin təşkilatçıları ölkənin təhlükəsizlik və iqtisadi siyasətinin dövlətin maraqlarına uyğun olmadığı üçün onun Aİ-dən çıxmasının vacibliyini bildiriblər.

Avstriya vətəndaşlarının bu mövqeyini əllərində tutduqları “Avstriya neytral qalır” və “Təhlükəsiz sərhədlər – təhlükəsiz gələcək” plakatları da aydın şəkildə göstərib.

Polisin məlumatına görə, aksiya zamanı hər hansı insident müşahidə edilməyib.

Gununsesi.info