Vyetnamda daşqınlar nəticəsində 68 nəfər ölüb, 30-u itkin düşüb

  • By admin
  • 15 Oktyabr 2017 11:54

sel dasqin
Vyetnamda sürüşmə və daşqınlar nəticəsində ən azı 68 nəfər ölüb, daha 30-u itkin düşmüş hesab olunur.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Agentliyinə istinadən “VnExpress” nəşri məlumat yayıb.
Bildirilir ki, leysan və daşqınlar yüzlərlə evin dağılmasına gətirib çıxarıb.
Bundan əvvəl təbii fəlakət nəticəsində 37 nəfərin öldüyü bildirilirdi.

Gununsesi.info