WhatsApp istifadəçilərinə BƏD XƏBƏR

  • By admin
  • 01 Avqust 2016 14:00

watsap

Dünyanın ən populyar mobil messencer proqramı olan WhatsApp-da daha bir yenilik var. Şirkətin texniki servisi bu gündən etibarən “Silinməz mesajlar” sistemini işə salıb.

Gununsesi.info Gizmodo-ya istinadən bildirir ki, hazırda WhatsApp istifadəçiləri mesajlaşdıqları zaman bəzi mesajlarını silinlər.

Lakin bundan sonra istifadəçinin sildiyi mesaj WhatsApp-ın texniki servisinin serverlərində 56 gün saxlanacaq. Bəzi hallarda isə saxlama müddəti 3 ilə çata bilər.

Mesajlarla yanaşı, silinmiş fotolar, sənəd fayllar və videolar da “yaddaş anbarları”nda yer alacaq.
WhatsApp-ın bu servisi SQLite formatı əsasındadır.

 

Gununsesi.info