“WhatsApp”a yeni funksiya əlavə olundu

  • By admin
  • 19 Mart 2018 21:40

“Android” sisteminin idarəetməsi altında işləyən qurğu istifadəçilərinə “WhatsApp” messencerində qruplar üçün təsvir əlavə etməyə imkan verilib. Link vasitəsilə yeni istifadəçilərin dəvəti zamanı məhz bu təsvir görsənəcək.

Gununsesi.info xəbər verir ki, sözügedən messencerin növbəti versiyası, həmçinin qrup haqda məlumat üzrə qrup iştirakçıları arasında axtarış etməyə imkan verir.

Bundan başqa, indi istifadəçilər səsli və video zənglər arasında asanlıqla keçid edə bilərlər. Bunun üçün danışıq zamanı “video” düyməsinə sıxmaq kifayətdir.

Gununsesi.info