
“WhatsApp”da yeni dövr başlayır.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “WhatsApp”la göndərilən mesajları silmək mümkün olacaq yenilənmə gəlir.
Belə ki, gün ərzində “WhatsApp”la istənilən şəxsə mesaj göndərmək mümkündür. Bəzən də görürsən ki, mesajı səhv bir başqasına göndərmisən. Ya da mesaj göndərdikdən sonra böyük təəssüf hissi keçirirsən. Amma göndərdiyin mesajları silə bilmirsən.
Yaxın vaxtlarda isə bu problem ortadan qaldırılacaq, səhvən “WhatsApp”la göndərilən mesajları silmək mümkün olacaq.
Qeyd edək ki, hazırda testl edilən bu funksiyanın nə zaman tətbiq ediləcəyi isə hələlik bəlli deyil.
Anar
Gununsesi.info












