“WhatsApp”ın işində nasazlıq yaranıb

  • Müəllif: admin
  • 19 Yanvar 2020 21:54

Bir sıra ölkələrdə “WhatsApp” istifadəçiləri messencerin işində yaranan problemlərdən şikayət edirlər.

Bu barədə Gununsesi.org “Downdetector” saytına istinadən xəbər verir.

Qeyd edilir ki, nasazlıqlar Bakı vaxtı ilə saat 13:40-dan müşahidə olunmağa başlayıb. Problemlər Almaniya, Fransa, İspaniya, İtaliya, İsveçrə, Avstriya, Finlandiya, Türkiyə, BƏƏ, Hindistan, Çin, Sinqapur və Rusiyada müşahidə olunub.

İstifadəçilər ən çox serverə qoşulma (93%), veb-sayta giriş (3%) və digər texniki problemlərdən şikayət ediblər.

 

Gununsesi.org