Xədicə İsmayılovanın şikayəti təmin olunmayıb

  • Müəllif: admin
  • 07 Oktyabr 2016 14:05

xedice

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılova barəsində qanunsuz sahibkarlıqla əlaqədar maddənin ləğv olunması ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Vəkil Fariz Namazlının Gununsesi.info-ya  verdiyi məlumata görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Xədicə İsmayılova 2014-cü ilin dekabrında həbs edilib. Ona Cinayət Məcəlləsinin n 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 125( intihar həddinə çatdırma) maddələri üzrə ittiham elan edilib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Ali Məhkəmədə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb.

Daha sonra X. İsmayıl onun barəsində CM-nin 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı şikayət ərizəsi verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, jurnalistin üzərindəki şərti cəza müddəti 3 il 6 aydan 2 il 3 aya endirilib.

Gununsesi.info