Xəstələrə alt paltarı ilə baxan tibb bacısı özünə yeni peşə seçdi - FOTOLAR

  • By admin
  • 20 İyun 2020 22:41
Rusiyada koronavirus xəstələrinə alt paltarı ilə qulluq edərək gündəmə gələn tibb bacısı Nadia Zhukova modellik etməyə başlayıb.
Gununsesi.org xəbər verir ki, koronavirusun ən çox təsirləndiyi ölkələrdən olan Rusiyada keçdiyimiz günlərdə tibb bacısının xəstəxanada çəkilən görüntüləri ölkənin gündəminə çevrilmişdi.
Tula bölgəsindəki xəstəxanada çalışan və isti hava səbəbi ilə şəffaf qoruyucu geyimlə çalışdığını söyləyən Nadia Zhukova yayılan görüntülərindən sonra modellik təklifləri almağa başlayıb.
Ölkəsindəki bir idman markasının təklifini qəbul edən 23 yaşlı tibb bacısı kameralar qarşısına keçərək poz verib.
Yeni işindən çox məmnun olduğunu deyən Zhukova görüntüləri yeni ortaya çıxdığı zamanlar sosial media hesablarını bağladığını söyləyərək “İlk vaxtlar görüntülərimə görə çox utanırdım. Ancaq hər şeyə rəğmən işimi davam etdirdim. Həm iş yoldaşalarım, həm də digər insanlar mənə çox dəstək oldu. Bu sayədə şoku atlatdım” deyib.
Gununsesi.org