Xəstəlik məktəb və bağçaların bağlanmasına səbəb oldu

  • Müəllif: admin
  • 27 Fevral 2018 20:52

Rusiyanın Sankt-Peterburq şəhərində qrip və digər kəskin respirator xəstəliklərin geniş yayılması ilə əlaqədar məktəb və uşaq bağçaları bağlanıb.

Gununsesi.info xəbər verir ki, ümumilikdə 18 məktəbdə və 10 bağçada dərslər yeddi gün müddətinə dayandırılıb.

Qeyd olunur ki, bu tədris müəssisələrində uşaqların 20 faizdən çoxu xəstəliyə yoluxub.

Sankt-Peterburq şəhər rəhbərliyi hazırda yoluxmaların epidemik səviyyədə olmadığını bəyan edib.

Gununsesi.info