Xətai və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

  • By admin
  • 02 Avqust 2016 20:30

qazzzzzzzz

 

Təbii qazın verilməsi üçün Xətai rayonu G.Şıxlinski küçəsindəki yaşayış binasına çəkilmiş qaz kəmərinin qoşulması, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar avqustun 3-də saat 09:00-dan 18:00-dək Xətai rayonunun Q.Nəbi, M.Rüstəmov, Cavanşir, Sadıqcan, M.Hadi, Mehmandarov, Gəncə prospekti və Zığ yolu ərazisində, həmçinin Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Gununsesi.info