Xəzərdə itkin düşmüş balıqçılardan birinin meyiti tapılb – YENİLƏNİB

  • By admin
  • 12 Noyabr 2017 16:00


FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 11 noyabr 2017-ci il tarixində Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış vətəndaşlardan birinin meyiti Dövlət Neft Şirkətinin “Orion” gəmisi tərəfindən aşkarlanaraq sudan çıxarılıb.
Gununsesi.info FHN-in saytına istinadən xəbər verir ki, itkin düşmüş digər şəxsin axtarışları davam etdirilir.
Axtarışlarda Fövqəladə Hallar Nazirliyinim Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti də iştirak edir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.
***11:33
Pirallahıda 2 balıqçı itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış 2 balıqçının axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Əlavə məlumat veriləcək.

 

Gununsesi.info